NATO sammitinin yekunu üzrə bəyannamə qəbul edildi

0
7

NATO ölkələri Varşava sammitinin yekunu üzrə bəyannamə qəbul ediblər.

Trend-in verdiyi məlumata görə, bunu sammitin sessiyasından sonra NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O qeyd edib ki, növbəti sammit 2017-ci ildə Brüsseldə keçiriləcək. Xatırladaq ki, iyulun 8-9-da NATO-nun Varşava sammiti keçirilib. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.