Selçuk Bayraktar “Qarabağ” ordeni ilə təltif edildi

“Atam Özdəmir Bayraktar və qardaşım Haluk Bayraktar ilə birlikdə Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən “Qarabağ” ordeninə layiq görülməyə görə böyük şərəf və qürur duyduq”.

Bunu Bakıda səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar öz sosial şəbəkə hesabında paylaşımında qeyd edib.

“Bir millət iki dövlətin ortaq gələcəyi üçün çalışmağa davam edəcəyik” – deyə, Bayraktar fikirlərinə əlavə edib.