Siz, niyə susursunuz, bəylər ?!

0
27

Dűnənki yazımdan sonra dostlar məni pessimistlikdə suçlayıb.Razılaşıram, műbarizədən çəkilmək dogru deyil.Ancaq əksəriyyət çəkilib, daha dogrusu iqtidarın isti “qucagı”nda yer alaraq, susmaga űstűnlűk verib.

Beləki, bir çox AXC yetkilisi təyinatla Milli Məclisdə əyləşib, Őlkə prezidentinin onların da təmsil olundugu iqtidarı xəyanət, rűşvət və korrupsiyada ittiham etməsinə karlıq, korluq nűmayiş etdirməkdədirlər.Belə nəticəyə gəlmək olar ki, AXC iqtidarının űst qatlarında təmsil olunmuş, indi isə deputat mandatından asılı qalmışlar İlham Əliyevin sőylədiyi kimi zamanında xəyanət edib, rűşvət və korrupsiyaya bulaşıblar.Hələ, Əbűlfəz Elçibəyin adını çətir edib, siyasi dəllallıq edən partiya sədrlərini demirəm.

Əslində, ittihamlara cavab vermək mənə dűşműr.Mən, AXC iqtidarından heç bir təyinat almamışam.1991-ci ildə seçki yolu ilə Rayon Xalq Deputatları Məclisinin sədri seçilmişdim ki, həmin zaman Naxçıvana rəhbərlik edən Heydər Əliyev təkidlə məni həmin vəzifədən imtina etməməyə çagırmışdı.Agır zamanlarda gecə-gűndűz çalışmalı oldum.Rűşvət və korrupsiyaya heç bir zaman bulaşmadım.İndi, AXC -ni yaradanlardan biri olaraq mən, nə űçűn əsassız ittihamlarla razılaşmalıyam, susmalıyam ? 1992-93-cű illərdə bir çox rayonlara rəhbərlik etmiş AXC űzvləri gənc yaşlarında dűnyalarını dəyişib.İmkansızlıqdan műalicə oluna bilmədilər.
YAP iqtidarının rűşvətə, korrupsiyaya bulaşdıgını őlkədə və eləcə də dűnyada bilməyən qalmayıb.Vəzifədən çıxarılanların hərəsi milyardları qamarlayıb getməyiblərmi ? Uzun -uzadı adlarını sadalamaga nə həvəsim var, nə də zamanım.Gőrűnən kəndə bələdçi də lazım deyil…
Son olaraq Milli Məclisdə əyləşmiş AXC iqtidarında təmsil olunmuşlara műraciət edirəm ; Sizlər nə űçűn susursunuz bəylər ?!

Ramiz Tağıyev