ABŞ hökuməti əcnəbi vətəndaşların ölkəyə giriş qaydalarını dəyişir -Bu tarixdən

0
17

ABŞ hökuməti yanvar ayının sonundan etibarən əcnəbi vətəndaşların ölkəyə giriş qaydalarını dəyişdirəcək.

“RİA Novosti” xəbər verir ki, yanvarın 26-dan etibarən ABŞ-a gedən bütün beynəlxalq aviareyslərin sərnişinləri təyyarəyə minərkən uçuşdan ən çoxu üç gün əvvəl verilmiş koronavirus testinin (PZR testi) mənfi nəticələndiyini özündə əks etdirən və mütləq ingilis dilində olmanı ərizəni təqdim etməlidirlər.

Bundan əlavə, sərnişinin COVID-19-a yoluxduğunu və səfərdən 90 gün əvvəl sağaldığını təsdiqləyən sənəd də qəbul olunur. Turistdə bu sənədlərdən heç biri yoxdursa, aviaşirkət onu daşımaqdan imtina etməlidir.

Yeni tələb ABŞ vətəndaşlarına da aiddir.

Əcnəbilərin ölkəyə giriş şərtləri ştatlardan asılı olaraq dəyişir.

Məsələn, Nyu York və Los Ancelesə gedənlər bir müddət karantində qalmalıdır. Mayamiyə gedənlər isə karantinə düşmür, ona görə də bu istiqamət turistlər üçün daha populyardır/Report.