Vűqar Səfərova kimlər dəstək verib???

0
24

Prezident yanında Kűtləvi İnformasiya Vasitələrinə Dővlət Dəstəyi Fondunun ( KİVDF) icraçı direktoru Vűqar Səfərovun həbs edilməsi bir çox sualları ortaya qoyur. Fondun prezidentin yanında olması belə maraqlıdır.

410589630

Ayrılmış pulların hesabatı kimə verilirmiş ? Uzun illər fəaliyyət gőstərmiş fondun fəaliyyəti təftiş edilibmi ?! Prezidentin yanında olması adında belə qeyd edilmiş fondda bu qədər korrupsiya kők salıbsa, digər fondlarda, təşkilatlarda vəziyyət necədir ?! Vűqar Səfərov hansı fəaliyyətinə gőrə təltif edilib ? Onu təltifə kimlər təqdim edib ?! Prezident tərəfindən rayonlara, təşkilatlara, fondlara və eləcə də digər qurumlara ayrılmış vəsaitlərə kimlər nəzarət edir və ya həmin xərclənən vəsaitlərin hesabatları verilirmi ?!

756909

Sualları uzatmaq olar…Gőrűnən odur ki, bűtűn sahələri korrupsiya, talançılıq bűrűyűb.Zaman-zaman baş verən həbslər isə heç nəyi dəyişmir. Milyardlar itir-batır, quldurlar tərəfindən mənimsənilir.Nəticə bəllidir, őlkə vətəndaşlarının əksəriyyəti səfalət icində, şəhid ailələri imkansız, qazilərimizin műalicəsinə vəsait tapılmır…
Burada Molla Nəsrəddinin lətifəsi yerinə dűşər.Molla qızına bir sillə vurduqdan sonra, kuzəni ona verib suya gőndərir.Sillənin səbəbini soruşanlara deyir, kuzəni sındırdıqdan sonra sillənin bir faydası olmayacaqdı…
Bax belə, dostlar, vaxtında nəzarət olunmalı, zamanında hesabat tələb edilməliydi.Vűqar Səfərlinin őzűnə dəstək verənləri isə bu gűn cəzasız buraxmaq olmaz.

Ramiz Tağıyev