ÜST-dən rəsmi Pekinə ittiham:”Çin hakimiyyəti ekspertlərin səfəri üçün lazımi icazə sənədlərini hazırlamayıb”

Çin hakimiyyəti COVİD-19-un mənşəyini öyrənmək məqsədilə bu ölkəyə səfər etmək istəyən ÜST ekspertləri üçün lazımi icazə sənədlərini hələ hazırlamayıb.

Bu sözləri ÜST-ün baş direktrou Tedros Qebreyesus deyib.

“Bu gün biz öyrəndik ki, Çin hakimiyyəti komandanın səfəri üçün lazımi icazə sənədlərini hazır etməyib. Mən çox narahatam. Qrupun artıq 2 üzvü yola çıxıb, digərləri isə son dəqiqədə getməkdən imtina edib”, – deyə ÜST rəhbəri bildirib/Axar.az.