Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən Bakı Nəqliyyat Agentliyi (BNA) gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib.
Strateq.az-ın məlumatına görə, BNA-nın mətbuat katibi Mais Ağayev bu məsələnin hazırda gündəmdə olmadığını deyib.
M. Ağayev bildirib ki, hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib.
Qeyd edək ki, Tarif Şurasının qərarı ilə dünəndən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.