Təhsil Nazirliyi:”Milli qiymətləndirmə tədqiqat xarakteri daşıyır”

Milli qiymətləndirmə tədqiqat xarakteri daşıyır və bunun məktəbdaxili qiymətləndirmənin nəticəsinə təsiri yoxdur.

 

Bu barədə “Virtual məktəb”də milli qiymətləndirmənin nəticələri barədə məlumat verən Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə bildirib.

Onun sözlərinə görə, bu qiymətləndirmədə təkcə keyfiyyət göstəriciləri deyil, elektron sistemin texniki dəyərləri qiymətləndirilib ki, hansı problemin olduğu öyrənilsin və gələcəkdə bunun qarşısı alınsın: “Texniki səbəbdən imtahanı bitirə bilməyən şagirdlərin nəticəsini öyrənmək mümkün olmayacaq, amma imtahanı bitirib təsdiq edən şagirdlər nəticələri öyrənə bilərlər. Texniki olaraq bu imtahanda iştirak edə bilməyən şagirdlər üçün 2021-ci ildə yenidən milli qiymətləndirmə təşkil olunacaq. Bu qiymətləndirmə ümumi təhsil sisteminin qiymətləndirilməsi və problemlərin aradan qaldırılması üçündür, şagirdlərin fərdi qiymətləndirilməsi deyil”.

 

Sektor müdiri qeyd edib ki, artıq imtahan nəticələri bəllidir.