Yeni qələbələr bizi gőzləyir…

Azərbaycan mőhtəşəm qələbəyə imza atdı.Əzəli dűşmənimiz şanlı ordumuzun qarşısında diz çőkməyə məcbur edildi. İndi, bűtűn dűnya Azərbaycanın tarixi qələbəsindən sőhbət açmaqdadır.O da məlum oldu ki , őlkəni dűnyaya tanıtdıran onun qalib ordusuymuş. O ordu ki, xalqımızın şərəfini, şanını gőylərə ucaltdı.

susa-1

Şəhidlər verdik ki, hərəsi bir qəhrəmanlıq səlnaməsi yaratdı. Onların məzarları əbədi olaraq bizim and yerimizə , ziyarətgahımıza çevrildi.Şəhidlər bizi qəhrəmanlığa, birliyə çağırdı. Birləşdik də…Tanrı bizim birliyimizi əbədi etsin !!!
Qazanılmış qələbə hədsiz mőhtəşəmdir.Bəzi bədxahlar műxtəlif şaiyələrlə qələbəmizi gőzdən salmaga girişib, şəhidlərimizin ruhunu narahat etmək istəsələr də, bu iyrənc arzularına heç bir zaman nail ola bilməyəcəklər.Qarabag bizimdir və əbədi olaraq bizim olacaq !!!

qazi
Őlkəmiz yeni qələbələrə təşnədir artıq.Műqəddəs Şəhidlərimizin qanıyla suvarılmış Azərbaycanımızı cənnətməkana çevirməklə onların ruhlarını şad edə bilərik.Şəhidlərimiz, Vətənimizin işgal edilmiş torpaqlarını qaytarmaqla haqqa qovuşub, haqq-ədaləti bərpa etdilər. İndi, bizlər, dűşűnűb-daşınıb, őlkəmizdə haqqın, ədalətin zəfər çalmasıyla Şəhidlərimizin ruhunu şad etməliyik.Biz, Şəhidlərimizin ruhu qarşısında and içib, nəfsimizin űzərində qələbə çalacagımıza vəd verməliyik.Rűşvətin, korrupsiyanın kőkűnű, erməni ordusunun kőkűnű kəsdiyimiz kimi kəsməliyik.Őlkədə heç bir vətəndaşın haqqına toxunulmamalı, hər kəsin Vətən űçűn çalışıb, qurub-yaratmagına, yaşamagına şərait yaradılmalıdır.
Şəhidlər hamımız űçűn doğma oldu, bizi bir- birimizə doğmalaşdırdılar. İndi, regionçuluq, klançılıq, tayfaçılıq edənləri bağışlamaq olarmı ?!
İnanıram və bőyűk űmid bəsləyirəm ki, Azərbaycanımızı zirvələrə ucalda biləcəyik.İnanıram ki, őlkə prezidenti, Ali Baş Komandan İlham Əliyev 44 gűn ərzində qazanılmış mőhtəşəm zəfəri daha bőyűk uğurlarla davam etdirəcək.

12454-9629906544

Biz , nə istəyirik?! İstədiyimiz Azərbaycanımızın və hər bir vətəndaşının arzularına qovuşmasıdır ki, bu yol da hər kəsin Vətənə şərəflə, vicdanla xidmət gőstərməsi labűddűr.Tanrı Azərbaycanımızı qorusun !!!

ramiz-tagiyev

Sizlərə sevgi və saygıyla; Ramiz Tağıyev