Sűbh tezdən qapımız dőyűldű. İki qadın műjdə gətirmişdilər. Oğlum səfərbərlik xidmətinə çağırılırdı. İnanın ki, xeyli sevindik. Biz varıymışıq, yaşayırmışıq, Vətənə gərəkmişik…İllərdir yaşadığım qapılar bəd xəbərlərlə dőyűldűyűndən, bu dəfə sevincimizin həddi-hűdudunu kimsə bizim qədər təsəvvűr edə bilməz.
Oğlum, 5 il őncə universitetdə təhsilini başa vurub, əsgəri xidmətə yollanmışdı. Qayıdacağı, işləyib-çalışacağı gűnű səbirsizliklə gőzləyirdik. Bűtűn űmidimizi ona bəsləyirdik. Axı, atası-anası uzun illərdi ki, işsizliyə məhkum edilmiş, őzű də təhsilini ehtiyaclar içində başa vurműşdu.
Nəhayət , gőzlədiyimiz gűn yetişdi. Bir neçə gűn istirahətdən sonra oğlum iş axtarışına başladı. Gűnlər aylara, aylar illərə çevrilsə də, ona iş tapmaq sevinci bizə nəsib olmadı ki, olmadı. Ramiz Tagıyevin ővladı olmaq ,ayrı bir dərd imiş…
Sənədlər təqdim olunur, műsahibələrdən keçilir, ancaq atanın məhkumluğu “Çin səddi” kimi gűnahsız bir gəncin qarşısını kəsir. Hər dəfə bir sual son suala çevrilir; o, hansı Ramiz Tağıyevdi ? Kimliyim cənabları xoflandırır və məhz bundan sonra bəndeyi fəqirinizə yekun cavab verilir ; get, gőzlə, çağıracağıq.
İndi, deyin gőrək, 5 il gőzlədikdən sonra, səfərbərlik xidmətindən gələn çağırışa necə sevinməyək?! Axı, bu bizim varlığımızın təsdiqiydi. Biz, dogrudan-doğruya varmışıq. Kaş ki, məni də çağıraydılar. Sevinməsəydim, namərd olardım. Őmrűmű şərəfli bir őlűmlə bitirməyə sevinmərəmmi ?!
Çağırışdan iki gűn őncə prezident İlham Əliyev nővbəti dəfə 1992-93-cű illəri xatırladıb, bizləri xəyanətdə suçlayırdı. O, danışır, mən, həmin illəri xatirimdə canlandırırdım. Keçdiyim műbarizə, dőyűş yolunda nə qədər xəyanət aradımsa, tapa bilmədim. Bőyűk ehtimalla İlham Əliyev korrupsiyaya bulaşmamağı, rűşvətsiz xalqa xidmət etməyi, műdafiə işini təşkil etməyi xəyanət kimi qəbul edir. Şəxsən mən, belə yaşadım. “Műkafatım”sa həbsxanalar oldu. Anladım, YAP iqtidarına belə sərf edirmiş. Bəs, ővladlarımın gűnahı nə?!
Hətta, ən qəddar diktator olmuş Stalin ortaya belə bir şűar qoyub, imitasiya edə bilmişdi;” Sın za otça ne otveçaet”.(ogul ataya cavabdeh deyil).
Bəzi məqamlarda İlham Əliyevlə razılaşmalı oluram. Milli Azadlıq Hərəkatı , sonradan isə Azərbaycan Xalq Cəbhəsi sıralarına iyrənc, mənsəbpərəst biriləri çox soxula bilmişdi. Məhz, onların qorxaqlığı, xəyanəti nəticəsində AXC iqtidarı tez bir zamanda sűquta uğradı. Həmin xəyənatkarlar bu gűn YAP iqtidarının isti qucağında yer alıb, birbaşa və dolayısıyla gen-bol bəhrələnməkdədirlər. Bu azmış kimi çirkli pullarla “kitab”lar yazıb, plagiatlıq etməklə , şəxsən mənim ideya műəllifi olduğum tarixi hadisələri mənimsəməklə, həm çagdaş tariximizi saxtalaşdırmaq kimi cinayətə baş vurur, həm də őz çirkin niyyətlərini belə davam etdirirlər. Mənim űçűnsə műqəddəs olan həqiqətdir.Təəssűf ki, hələlik yalanlar ayaq tutur, yeriyir hətta. Həqiqəti isə nə iqtidar sevir, nədə ki, műxalifət qəbul edir. Məhz, bu səbəbdən də, İ.Əliyev asanlıqla bizim şanlı keçmişimizə kőlqə salır, qaralayır.
Gőrűnən odur ki, İ.Əliyev “boz kardinal”ın ona sırıdıgı saxta çagdaş tariximizdən də xilas ola bilmir.Axı İ.Əliyev 1988-93-cű illəri xatırlaya bilməz.Onun məruzələri uzun illər Ramiz Mehdiyev tərəfindən hazırlatdırıldıgından, məruzə AXC-yə nifrət pűskűrtməliydi…
Bűtűn acıları xatırlayıb, oğlumun sevinc saçan űzűnə baxmaqdan ləzzət aldım. Bizi də xatırlamışdılar. Biz, yaşayırıqmış. Biz, Vətənə lazımmışıq…Oğlum, sən, őzűnə iş tapdın-dedim…
Mənim təqaűd yaşım çatmasada , İlhamnan iş istəmirəm daha. O, məni layiq olmadığım 5 il və 8 illik “iş”lərlə elə “műkafat”landırıb ki, őmrűmə bəs olub. İndi, mənə lazım olan dərmandı, dərman…
Çagırış vərəqəsindəki qeydlərdən birisi, bizi ailəlikcə gűldűrdű. Oğluma məsləhət bilinirdi ki, aldıgı maaşı almağımız űçűn bizə etibarnamə versin.Olmayan nəyəsə etibar edilirmi, cənab İlham Əliyev?!
Səhər xəbərlərini izlədim. Şəhidimiz varmış…
Axşam evə qayıtdım. Yorğun-arğınlığımı çıxarmaq űçűn telekanalları bir-bir çevirib, maraqlı nəyisə izləməyi istədim. Çal-çağırdı hər yanda. ATV kanalında sual işarəsinə bənzəyən bir manıs, gőbəyi açıq rəqqasəylə şəhidimizə “yas” tutműşdu. Bax belə, bir gűn sevinc yaşayacaqdıq ki, ATV içinə iqtidarın lazım bildiyini etdi…
Ramiz Tağıyev