Əvvəli bu linkdə
http://milletim.info/2020/09/01/ramiz-m
“Ondan xəyanət gőrdűyűnű sőylədi”
Ramiz Mehdiyev xeyli mənə tərif yağdırdı.Culfada gedən Milli Azadlıq Hərəkatına rəğbət bəslədiyini xűsusi pafosla qeyd etdi. Ardınca őz məqsədini açıqlayıb, təklif etdi ki, mən Şahmərdanla gőrűşűb , seçkidən geri çəkilməyini xahiş edim. Dostumu inandırım ki, R.Mehdiyev deputat seçilsə bőyůk işlər gőrəcək…
Qonaqlar bir neçə gűndən sonra yenidən gələcəklərini sőyləyib ayrıldılar. Ertəsi gűn Heydər Əliyev məni Naxçıvana dəvət etdi. O da deputatlığa namizəd olduğundan seçkilər barədə sőhbət açdıq. Sőhbət əsnasında R.Mehdiyevin Culfa səfərinə toxunub H.Əliyevi məlumatlandırdım. Gőzlədiyimin əksinə O, əsəbləşib, sən onu qəbul etdin? -dedi. Nə etməliydim, qonaq gəlmişdi sőylədiyimdə, H.Əliyev qəzəblənib, R.Mehdiyev barəsində təhqiredici ifadələr işlədib, onu uzun illər himayə etdiyini, sonunda isə ondan xəyanət gőrdűyűnű sőylədi. Ayrılarkən H.Əliyev məndən R.Mehdiyevi nővbəti gəlişində qovmağımı xahiş etdi.
Gələcəyin “boz kardinal”ı işini etibarlı tutmuşdu.Bu dəfə elə bir insanla gőrűşə gəlmişdi ki, mən onları hőrmətlə qarşılamaya bilməzdim. Şəxsiyyətinə bőyűk hőrmət bəslədiyim, iqtisad elmləri doktoru Əli Əlirzayevin gəlişinə sevindim hətta. Sőhbətimiz uzun çəkdi. Məqsədinə nail olmayan R.Mehdiyevin sifətindəki kini, qəzəbi açıqca sezmək műmkűn olsa da, Əli műəllimi nəzərə alıb, qonaqları hőrmətlə yola saldım. Bu kinli baxış sonradan bizi addım-addım izlədi. Şahmərdan qardaşımı bir neçə il, məni isə dűnənə qədər…
R.Mehdiyevin “boz kardinal”lığa mənə onu qovmagı təklif edən H.Əliyev tərəfindən yűksəldilməsindəki təzad bu gűnə qədər məni dűşűndűrsə də, cavabın tapa bilmirəm…
Analoji hal digər bir təyinatla baş verdiyindən həmin məqama da toxunmaq istəyirəm.1991-ci ilin Yanvar ayı idi. Naxçıvan Ali Məclisində “20 Yanvar”a siyasi qiymət vermək űçűn yığışmışdıq. Gűnahkarların siyahısı tərtib olunmaqdaydı. H.Əliyev hələ Ali Məclisin sədri seçilməsə də, deputat kimi sesisiyada iştirak edirdi.Gőzlənilmədən O, Artur Rəsizadənin adının gűnahkarlar siyahısına salınmasını tələb etdi. H.Əliyev tələbini A.Rəsizadənin sovet ordusunu Bakıya çağırılması űçűn Moskvaya vurulmuş teleqramın hazırlanmasında iştirakıyla əsaslandırmışdı…
Nə bilək, bəlkə, əsil siyasət elə bu imiş!..Budursa, bizim siyasətdən zərrə qədər anlayışımız olmayıb…
“Vurulmuş”ların siyahısında daha bir maraqlı isim var-Eldar Həsənov. Onunla da bircə dəfə gőrűşűműz olub. Səhv etmirəmsə 1992-ci ildə, Gəncədə. Dűşűnűrəm ki, həmin gőrűş də oxucular űçűn maraqsız olmayacaq…
Ardı var…
Ramiz Tağıyev