Ramiz Mehdiyev deputat olmaq istəyirmiş…

0
18

Bu dəfə balaca, həm də aciz gőrűnűrdű…

Bilmirsən gűləsən, ya aglayasan. Bu nə durumdur dűşműşűk, nələr baş verir ?! Dəhşətdir vallah! İllərdir bizi dələduzlar,   cinayətkarlar idarə edirmiş…
Yaxın keçmişdə Milli Təhlűkəsizlik Nazirliyində baş verən cinayətlər barədə çox yazdıq.İllər sonra yazdıqlarımız tam təsdiqini tapsa da, bizim űçűn acı xatirədən savayı heç bir əhəmiyyət kəsb etmədi. MTN məni 2003-cű ildə 5 il, 2010-cu ildə isə 8 il műddətinə həbs etdirmişdi. Zərrə qədər gűnahım olmadan…

Təəssűf doguran bilirsiniz nədir ?! Mənim űzűmə yalannan durdurulanlar bu gűn artıq MTN-nin xələfi Dővlət Təhlűkəsizlik Xidməti (DTX ) tərəfindən himayə olunub, cəmiyyətə qəhrəman kimi sırınırlar. İstintaqı “37” űslubunda aparmış dələduz műstəntiq isə ard-arda bir rayondan o biri rayona prokuror gőndərilir. Sizmi, islahat aparırsınız, cənablar ?! Sizmi, ədaləti zəfər çaldıracaqsınız ?!

Ədalət dedim , Əli Həsənovun xələfi Ədalət Vəliyev yadıma dűşdű. Gőrűnən odur ki, ədalətli olmasa da, fərasətli kadrdı. Əlinin kűrsűsűnə sahib çıxannan efir məkanlarına- mediaya tam sahiblənə bilib. Prezident Administirasiyasında Ədalət műəllimin qəbuluna getmiş műxalifətçilər, maşallah, hər gűn iki-űç efirdə od-alov pűskűrűrlər…Bu barədə danışmaga nə həvəsim var, nədə ki, boş zamanım. Sadəcə, məni qorxaqlıqda suçlayıb, efirdə gőrűnməməyimə irad tutan dostlara bəyan etmək istədim ki , “buraxılış vəsiqəm”i almadığımdan efirdə gőrűnmək imkanım yoxdu. Bir filmdə deyildiyi kimi “tamojnaya ne dayot dobro”.

Bir az keçmişə qayıtmaq istəyirəm.Məhz ona gőrə ki, kőhnələri əvəzləmiş yenilər ibrət gőtűrsűnlər. Őncədən xahiş edirəm ki, məni “yıxılanları baltalamaqda” suçlamayın. Onların qılınclı vaxtlarında da sőzűműzű demişik və bu gűn də kimsəni tənqid etməyimizdə problem yoxdur. Hansı səlahiyyət sahibləri olmalarından asılı olmayaraq.
Bu gűn “vurulmuş”ların bir az da keçmişlərindən sőhbət açmaq istəyirəm. Dűşűnűrəm ki, sizlər űçűn də maraqsız olmayacaq…

1990-cı ilin payızı idi. Deputat seçkilərinə ciddi hazırlıq gedirdi. Daha doğrusu, namizədlər qeydə alınmış, seçicilərlə gőrűşlərin qızğın vaxtlarıydı. Kənddəki həyətimizin qapısının dőyűldűyűnű eşidib, kűçəyə çıxdım. Qarşımdakı iki şəxsi gőrűb, təəccűbűmű gizlədə bilmədim. Doğrusu inana bilmədim.Televiziyada daha zəhmli, daha gővdəli gőrűnən şəxs, bu dəfə balaca, həm də aciz gőrűnűrdű. Həyətə dəvət etdim.
-Xoş gəlmisiniz, Ramiz műəllim-desəmdə, hələ də inana bilmirdim ki, qarşımdakı bir il őncəyə qədər Respublikanın əsas rəhbər vəzifələrindən birini tutmuş Ramiz Mehdiyevdir. Hava isti olduğundan həyətdə əyləşdik. Qismətinnən samovar təzə qaynamışdı.Yanındakı şəxsi tanıyırdım. Rza Naxçıvan şəhərində musiqi məktəbinin direktoru idi…
Çay sűfrəsi arxasında gəlişlərinin səbəbini soruşdum. Adaşım elə astadan danışırdı ki…
Nəyayət gəlişinin məqsədini őyrənə bildim , Ramiz Mehdiyev deputat olmaq istəyirmiş. Şərurdan Azərbaycan Ali Sovetinə deputatlığa namizədliyi qeydə alınıbmış.Alternanitivi isə, mənim yaxın dostum, cəbhədaşım Şahmərdan Cəfərovdu.

Ardı var…

Ramiz Tağıyev

FB_IMG_1598981643453