Prokuror Tofiq Yaqubluya 4 il 6 ay həbs cəzası istəyib -Məhkəmə prosesi

0
29

Bu gün Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Strateq.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.

Onun sözlərinə görə, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı T.Yaqublunun 4 il 6 ay müddətinə (ciddi rejimli ) azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ittihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.