Yarımçıqlar və yardımçılar…

0
15

Belarusda secki sonrası yaranmış vəziyyət bizi bir daha műzakirəyə çəkir. Nədən , saxtalaşdırılmasına kimsənin şűbhə etmədiyi 9 fevral parlament seçkilərindən sonra őlkəmizdə műxalif qűvvələr birgə kűtləvi etiraz tədbirlərinə başlamadı ? Əksinə, əksəriyyət heç nə baş verməmiş kimi gűndəmə yeni-yeni mővzular çıxarıb, műxalifətarası ziddiyətləri dərinləşdirməyə girişdi.Bax, buna deyirlər siyasi oyunbazlıq.Təbii ki, bu hədsiz yumşaq műnasibətdi…
Seçkini demokratik műbarizənin tərəzisi də adlandırmaq olar , yəni, nəticə son olaraq seçkidə műəyyən edilir.Bundan sonrası ya təbrik, yada ki, təpik olur.Ədalətli seçkidə rəqiblər təbrikləşir, ədalət pozulursa “təpik”ləşmə qaçılmaz olur.Əlbəttə, belə etiketlər bizim analoqsuz őlkəmizə aid deyil.Nə təbrik edirik, nədə ki, təpikləşməyə hal-həvəsimiz, daha dogrusu cəsarətimiz yoxdu. Qalır műxalifət kimi gűndəmdə qalmagımız.

ramiz-tagiyevBaşlayırıq bir-birimizə şər-bőhtan atmağa və ya gűndəmə yeni-yeni, gűndəyməz “tema”lar çıxarmağa. Cahillərimiz də maşallah, o qədərdilər ki…İllərlə iqtidara tulalıq edən birilərini, bir pafoslu çıxışına gőrə elə bir andaca edirlər űmummilli műxalifətçi.Və beləcə də davam edirik.

Beş ildən bir seçki gəlir və gedir.Demokratiya qabarır və bir andaca çəkilir. Hələ 7 illiyi demirəm…
Yaxşı ki, Belarusda bizim kimi siyasi partiyaların, “lider”lərin bolluğu yoxdu.Yoxsa, bizim kimi lider bolluğunun faciəsini yaşayacaqdılar…

Ramiz Tağıyev