25 iyun tarixini bütün dənizçilər xoş bir ovqatla qarsıladılar,çünki bu gün cəsur dəniz fədailərinin peşə bayramıdır.
Dənizcilər Günü 2010-cu ildə BMT-nin tərkibinə daxil olan Beynəlxalq Dəniz Təşkilatının nümayəndələri tərəfindən təsis edilmisdir.İlk dəfə isə “Dənizçi günü”2011-ci ildə onlayn rejimində qeyd olundu.
Ümumdünya Dəniz Təşkilatı hər kəsdən xahiş etdi ki, dənizçilər günü sosial şəbəkələr vasitəsilə dünyanın hər yerinə yayımlansın, hər yerində qeyd olunsun.
Həmin vaxtdan etibarən” Ümumdünya Dənizcilər Günü”hər il 25 iyunda qeyd olunur.Dənizçilər gününün dünya miqyasında qeyd olunması birdaha dənizçilərə olan hörmətin, ehtiramın və qaygının bariz nümunəsidir.
Qeyd olunma müddətinə görə,”Dənizçilər Günü”gənc bayramlar sırasında yer almış və BMT-nin illik tədbirlər siyahısına əlavə olunmuşdur.
Dənizciliyin təşəkkülü və inkişafı qədim zamanlara baglıdır.
Məlumdur ki,dəniz ticarəti qədim zamanlardan bu günədək dövlətləri və qitələri birləşdirmişdir.90 faizdən çox dünya ticarət əlaqələri əsrlər boyu dəniz ticarəti cəbhəsi üzrə həyata keçirilmiş və hazırda da ugurla davam etdirilir.Ənənəyə sadiq qalaraq bu gün bu sahədə 1,5mln-dan çoxdənizçi çalışır.
Dənizçilər günü mülki sferada fəaliyyət göstərən dənizçilərin bayramıdır.Hərbi dəniz qüvvələrinin isə özpeşə bayramları vardır,hansı ki,28 iyulda “Hərbi Dəniz Donanması Günü”kimi qeyd olunur.Qeyd etmək lazımdır ki, hər iki istiqamət üzrə dənizçi əməyinin dünya iqtisadiyyatının inkişafında əvəzsiz rolu vardır.Bütün dünya okeanları, çayları, gölləri, su obyektləri və hövzələri tariximizin,mədəniyyətimizin,iqtisadiyyatimızın ayrılmaz hissələridir.
Kənardan baxanlara dəniz sadəcə sudan ibarət məkandır. Əslində isə tamamilə bunun əksidir.Dəniz həmişə sakit olmur,əksər hallarda hansısa işi yerinə yetirmək üçün qorxulu və təhlükəli zonalardan kecməli olursan,gözlənilməz vəziyyətlərlə üz-üzə qalırsan .Bununla yanaşı piratçılıq, dəniz quldurları əsl problemə çevriliblər.Hər il çoxlu sayda gəmilər bu problemdən əziyyət çəkirlər,fərq etməz bu Afrikalıdır,Asiya,Amerika və yaxud Somali vətəndaşıdır.İnsan hər yerdə insandır.Dənizçi peşəsi romantik peşə deyildir.Bu peşə coxlu məcaraları özündə ehtiva edir.
Qeyd etmək yerinə düşərdi ki,biz xaricidə fəaliyyət gostərən dənizçilər respublikada gedən prosesləri daim izləyirik ,o cümlədən bizim sahəmiz üzrə və sevindirici haldır ki ,böyük inkişaf yolu keçən və bütün zamanlarda özəhəmiyyətini saxlayan Azərbaycan Dəniz Nəqliyyatı sistemi Avrasiya məkanının ən mühüm nəqliyyat tranzit qovşaqlarından birinə çevrilib.
2020- ci ildə “Dənizçilər Günü”mövzusu “Dənizçilər əsas işçilər” olmuşdur. Təbii ki, bu mövzu öz təsdiqini dünyada gedən son hadisələrdə bir daha sübut etdi.Dünya çətin bir pandemiya ilə üz- üzə qaldı.COVİD-19 pandemiyasının dunyanın hər yerində tügyan etdiyi bir vaxtda dənizçilər, hər zaman oldugu kimi yenə də ön sıralardadırlar.Belə ki, onlar həyatı əhəmiyyəti olan məhsulların, xüsusilə də ərzaq məhsullarının , dərman pereparatlarının, həmçinin tibbi ləvazimatların daşınmasında maksimum fədakarlıq ,peşəkarlıq və ayıq-sayıqlıq nümayiş etdirir, bütün təhlükəsizlik qaydalarına riayət edirlər.
Pandemiya dövründə dənizçilər böyük əzmkarlıq göstərir,hadisələrin gedişini səbr və dözüm göstərərək izləyirlər.Mövcud hadisələr ekipajın dəyişilməsini, ailələrinə qovuşmasını mümkünsüz etmişdir.Bir çox digər sahələrdə fəaliyyət göstərən əsas işçilər kimi, dənizçilər də koronavirusla qlobal mübarizədə ön sıralardadırlar.Butün bu və digər halları nəzərə alaraq ,hər bir dənizçi xüsusi təltiflərə və təşəkkürnamələrə layiqdirlər,həm də təkcə bayram günləri deyil,hər zaman…
“Dənizlərə hakim olan ,hər şeyə hakim olur ”-deyirlər.Əminəm ki, fədakar dənizçilər bu bəlanı da əzmkarlıqla dəf edəcəklər.
Bu gün dünya üzrə bütün insanlar dənizçilərə təbrik ünvanlayır,öz minnətdarlıqlarını bildirirlər,mən də bütün təbriklərə qoşularaq,bütün dənizçiləri pesə bayramları münasibətləri ilə təbrik edir,bu çətin, lakin çətin oldugu qədər də şərəfli peşədə olara ugurlar diləyir və yekun olaraq İ.V.Götenin bir fikirinə istinad edərək demək istəyirəm ki:”Dəniz nə qədər dalgalı olsa sonunda durulur”
Vətəndə görüşmək arzusu ilə Sizlərdən ayrılıram… Salamat olun.
Uzaq səfərlər kapitanı: Nazim Həbibov