Azərbaycanlılar yaşayan daha bir kənddə koronavirus aşkarlanıb -Gürcüstanda

0
6
Gürcüstanın Telavi rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndində koronavirusa yoluxma halı qeydə alınıb.

Milletim.info “Report”a istinadla xəbər verir ki, orta yaşlı qadının COVID-19-la bağlı testi pozitiv çıxıb.

O, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.

Hazırda epidemioloqlar Qaracalarda qadının yoluxma mənbəyi və təmasda olduğu şəxsləri müəyyən edir.