Koronavirus “zərbə”si…

Yaşamaq gőzəldi… Sağlam yaşamaq daha gőzəldi. Koronavirusa tuş gəlməmək isə bəxtəvərlikdi. Nə etsək də koronavirusun “zərbə”lərindən qurtulmaq műmkűn olmayacaq. Elə gőtűrək ictimai-iaşə obyektlərinin iş qrafikinin dəyişdirilməsini.

Verilmiş qərara gőrə, saat 15:00 -da ictimai-iaşə obyektləri bağlanmalıdı. Anladıq, “millətsevər” iqtidarımız əhalinin qayğısına qalır, təhlűkəsizliyini, sağlamlığını qorumağa çalışır. Anlaşılmayan bir məqam qalır, axı! Araşdırmalar təsdiq edər ki, ictimai-iaşə obyektlərinin bőyűk əksəriyyətini icarəçilər çalışdırır. Əlbəttə, havayı deyil, bőyűk ődənişlər qarşılığında. Kafe və restoranları icarəyə gőtűrműşlərin icarə haqlarını ődəmək barədə giley-gűzarlarını çox eşitmişəm. İnanmışam da… İndi, problemlərinin daha da çoxalacağının fərqindəyəm. Nəzərə alsaq ki, belə obyektlərdə on minlərlə insan çalışır, problemin çox keçmədən dərinə işləyəcəyi şűbhəsizdir. İcarədarlar icarəçilərə gűzəşt edəcəklərmi, dővlət ziyan çəkəcək icarəçilərə kompensasiya ődəyəcəkmi və s…
Sirr deyil ki, ictimai-iaşə obyektlərinin əksəriyyətində çalışanların əməkhaqqı gűnəmuzd ődənilir. O da məlumdur ki, restoran və kafelərdə műştəri axşam saatlarında çoxalır. İş saatı azaldısa, gűnəmuzd çalışanlar ya ixtisar ediləcək, yada ki, əməkhaqları xeyli azaldılacaq.
Etiraf etmək lazımdır ki, koronovirus bəşəriyyət űçűn ciddi təhlűkədir. Őlkəmizdə gőrűlən tədbirlər də məhz buna hesablanıb və bunu anlayışla qarşılamağa műkəlləfik. Hakimiyyət də yaranacaq problemləri őncədən nəzərə almalı, kasıb təbəqənin daha da imkansızlaşmasına biganə qalmamalıdır. Çűnki, koronavirusla műcadilənin nə qədər surəcəyini proqnozlaşdırmaq belə műşkűlə çevrilib.

Ramiz Tağıyev