“İndiyə qədər olan ən böyük ticarət razılaşmalarından birini imzaladıq!”
Bunu ABŞ Prezidenti Donald Tramp “Twitter”də Çin ilə ticarət razılaşmasının birinci mərhələsi barədə imzalanan saziş haqqında deyib.
“Bu, həm Çin, həm də uzunmüddətli əlaqələrimiz üçün də önəmlidir. 250 milyard dollar ölkəmizə geri qayıdacaq. Biz indi razılaşmanın ikinci mərhələsi üçün çox yaxşı bir mövqedəyik. ABŞ tarixində buna oxşar bir şey olmayıb!”, – deyə Donald Tramp qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Dövlət Şurasının Baş Nazirinin müavini Lyu He ikitərəfli ticarət iddialarının həlli ilə əlaqədar razılaşmanın birinci mərhələsi barədə saziş imzalayıb.
Mərasim Ağ Evdə keçirilib.
Əməliyyatın təfərrüatları hələlik açıqlanmır. /APA