Kim seçəcək?!

0
17

Seçki havası çoxlarını havalandırıb. Űzű kűləyə gedənlər mandat eşgiylə alışıb-yandıqlarından mővcud reallıqlara diqqət yetirmək hal-əhvalında belə deyillər… Őlkədə seçki műhitinin olmaması birmənalı təsdiqini tapıb. Kimsə seçkilərin demokratik keçiriləcəyinə inanmasa da, iqtidara yarınmaqla mandat arzusunu gerçəkləşdirməyə űmid bəsləyənlərin sayı yağışdan sonrakı gőbələklər kimi artmaqdadır.
Őlkədə seçici yoxdur, seçici. Milyonlarla seçicimiz bir tikə çőrək arzusuyla dűnyanın műxtəlif őlkələrinə səpələnməyibmi?! Őlkədə duruş gətirənlərin də seçkilərə zərrə qədər űmidi, inamı qalmayıb. Necə deyərlər, yalançının evinin yanmasına kimsənin inanmadıgı kimi, bizdə də seçkinin obyektivliyinə inanan yoxdur.
Őlkə rəhbəri dəfələrlə qeyd edib ki, paytaxt Bakıda 500 min qeydiyyatsız ev var. Hər evdə qeydiyyatsız 3-4 insanın yaşadığını nəzərə alsaq, təxminən 2 milyon vətəndaşımız seçib-seçilmək hűququndan məhrum edilmiş kimidir. Űstəlik də bőyűk əksəriyyət qeydiyyatda olduğu ərazilərdən kənarlarda yaşayır…
Nővbəti seçkilər yaxşı heç nə vəd etmir. Yalnız nővbəti xəyal qırıqlığı gőzləniləndir. Bu qədər problemlərlə seçkiyə getmək absurddur. Sonra, demədi deməyin…
Őlkədə siyasi məhbusların çox olması, əvəzində siyasi műhitin olmaması isə geniş mővzunun sőhbətidir.Təki sağlıq olsun…

Ramiz Tağıyev