PREZİDENT ADMİNİSTRASİYASINDA SENSASİON DƏYİŞİKLİKLƏR: bəzi şöbələr ləğv edildi, yeniləri yaradıldı – TƏYİNATLAR

0
6
Prezident Administrasiyasının yeni strukturu məlum olub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikası Prezidentinin yeni köməkçiləri və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdirləri təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Cəmilə Abbasova

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənov

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri üzrə şöbəsinin müdiri Zeynal Nağdəliyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadı məsələlər və İnnovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsumov

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov

Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov

Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Elçin Bağırov

Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov

Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev

Humanitar siyasət, diaspora, multukulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva

Hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev

Qanunvericilik və hüquqi siyasət şöbəsinin müdiri

Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri

Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev

Sənəd dövriyyəsi şöbəsinin müdiri

Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov

Prezidentin İşlər müdiri Oqtay Şahbazov;

Bundan əlavə, Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsi ləğv olunub.

Bildirək ki, həmin şöbənin müdiri Səadət Yusifova olub.

O, Prezident Administrasiyasının yeni strukturda təmsil olunmayıb.

Eyni zamanda, İnnovativ inkişaf və elektron hökumət məsələləri, Dövlət nəzarəti şöbəsi, həmçinin Dilarə  Seyidzadənin rəhbərlik etdiyi Prezidentin Katibliyinin rəisi – Prezidentin köməkçisi vəzifəsi də ləğv olunub.

Eyni zamanda, Əli Həsənovun rəhbərlik etdiyi İctimai-Siyasi Məsələlər üzrə şöbə də ləğv edilib, rəhbəri işdən çıxarılıb.

Bundan əlavə, Prezident Administrasiyanın Aqrar siyasət məsələləri şöbəsi ləğv edilib.

Administrasiyanın bu gün təsdiq edilmiş yeni strukturunda həmin şöbə yoxdur.

İndiyə qədər şöbəyə rəhbərlik edən, eyni zamanda, Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi olan Azər Əmiraslanov vəzifəsindən azad olunub.