Azərbaycana gələn xarici turistlərin nədən narazı qalır? –Rəy sorğusu

0
31
“Azərbaycana səfər edən xarici turistlərin 54%-i Bakıda qalmağa üstünlük verir”.

Bunu Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti – 2019” tədbirində Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.

“Əcnəbilər arasında keçirilmiş rəy sorğusu nəticəsində məlum olub ki, onların 53,2%-i nəqliyyat, gecələmə, qidalanma və digər xidmətləri əhatə edən “Hər şey daxil” tur paketlərindən, 21,9%-i yalnız nəqliyyat və gecələmə xidmətlərindən, 12,6%-i isə yalnız nəqliyyat və qidalanma xidmətlərindən istifadə edib. Azərbaycan regionlarından Qəbələ, Şəki, Quba və Qusar turistlərin dincəlməyə üstünlük verdiyi əsas yerlər olub.

Turistlərin narazı qaldığı məqamlar aviabilet və yerləşmənin qiymətləri, həmçinin bölgələrdə görməli yerlərə əlçatanlıq səviyyəsi, ictimai nəqliyyatın keyfiyyətidir”, – deyə o, qeyd edib. (report)