Fransalı senator:”Avropanın Türkiyəyə ehtiyacı var”

0
7
“Avropanın Türkiyəyə ehtiyacı var”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu fransalı senator Natali Qule Türkiyənin Fransadakı səfirliyinin cümhuriyyətin 96-ci ildönümü münasibətilə keçirdiyi rəsmi qəbulda bildirib.

Onun sözlərinə görə, Türkiyə Avropanın şərq sərhədidir: “Avropanın Türkiyəyə ehtiyacı var. Fransanın baş naziri Bernar Kaznev (Bernard Cazeneuve) Türkiyə ilə təhlükəsizlik məsələlərinə dair bir sıra mühüm sənədlərə imza atıb. Bunlar arasında aeroportlara nəzarətə dair razılıqlar böyük əhəmiyyət daşıyır”.

N.Qule qonaqları tarixə nəzər salaraq Türkiyənin regiondakı sabitliyə xidmət edən hərbi müdaxilələrinin əhəmiyyətini unutmamağa çağırıb: “Unutmayaq ki, 2014-2015-ci illərdə Türkiyə vaxtında fəaliyyətə keçməsəydi, suriyalı qaçqınların sayı bundan da artıq olardı. Hətta Türkiyə Avropa məsələyə münasibət bildirənədək cəld tərpənməsəydi, ölənlərin sayı milyona çata bilərdi”.

Fransalı senator türk dövlətlərinin bu gün dünyadakı yerinə də toxunub: “Bu gün Azərbaycan, Özbəkistan, Türkmənistan da daxil olmaqla türk dövlətlərinin şəbəkəsi olduqca güclüdür. Bu qüdrətli şəbəkənin ürəyi Türkiyədir. Fransa ilə bu ölkələr arasında ümumi maraqlar çoxdur”.