Siqaret çəkmək görmə itkisi riskini artırır Mütəxəssislərdən xəbərdarlıq…

İngiltərəli mütəxəssislər siqaretinin ağciyərlər qədər gözlərə də mənfi təsir etdiyini və görmə itkisi riskini artırdığını bildirib.

Moderator.az xəbər verir ki, elm adamları siqaret çəkənlərdə görmə itkisi riskinin çəkməyənlərə nisbətən iki qat daha çox olduğunu açıqlayıb. Bunun səbəbi də tütündən çıxan dumanın gözlərə mənfi təsiri etməsidir.

Araşdırmanın nəticəsinə görə, siqaret çəkmək ilə görmə itkisi arasında əlaqə olduğu elmi olaraq sübut olunsa da, ölkədə yalnız hər beş nəfərdən biri bu vəziyyətin fərqindədir.