Texnologiyanın bizi xəstəliyə salmasının dörd səbəbi

Nyu-York universitetinin professoru Audrey Halpen texnologiyanın səhhətimizdə baş ağrısına və miqrenə səbəb olduğunu bildirib.

Moderator.az A.Halpenin açıqladığı dörd səbəbi təqdim edir.
1. Uzun zaman ekrana baxmaq. Bunun telefonunuzun, ya da kopüterinizin ekranı olmasından asılı olmayaraq uzun müddət bu cür ekranlara baxmaq baş ağrısına səbəb olan amillərdən biridir. Amerikalıların 60 faizi ən azı gündə 6 saat vaxtlarını ekrana baxaraq keçirirlər. Bunun da nəticəsində həm göz yorulur, həm də baş ağrıları olur. Bunun üçün ekrana baxarkən fasilə vermək və qoruyuculardan istifadə etmək tövsiyə olunur.
2. Boyunumuzu aşağı əymək. Uzun müdət telefonumuzun və ya kopüterimizin ekranına baxarkən belimizi və boyunumuzu əyirik. Buna görə də masamızın hündürlüyünü təmin edərək bel quruluşumuzu düzəltməliyik.
3. Özümüzü sosial şəbəkələrə qurban vermək. Mobil cihazlara özümüzü qurban verməyimiz inkaredilməzdir. Bu cür əşyalardan uzaqlaşmaq hardasa imkansızdır. Axşam saat 20:00-dan sonra bacarsanız internetdən çıxın. Bir də idmanla məşğul olmağınız məsləhətdir.
4. Parlaq işıq. Yatmadan öncə ən son etdiyiniz şey telefonunuza baxmanızdır. Bu isə sizdə yuxusuzluq problemi yarada bilər. Sonra isə yeni iş günündə yorğun və stressli olmağınıza səbəb olur. Göz yorulmalarının səbəblərindən biri də yatarkən telefonunuzun ekranına baxmanızdır. Yatarkən həm mobil telefonunuzu, həm də kompüterinizi yataq otağınızdan kənarda qoymanız məsləhətdir.