Sabirabadda 11-ci sinif şagirdi intihar edib

Sabirabad rayonunda intihar faktı qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Ulacallı kəndində baş verib.

2002-ci il təvəllüdlü Abbasov Yusif Şahid oğlunun meyiti yaşadıqların evin həyətində aşkar edilib. Hadisənin səbəbləri hələlik məlum deyil.