Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi İŞDƏN ÇIXDI

0
5

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı tutduğu vəzifədən azad olunub.

Moderator.az-ın əldə etdiyi məlumata görə, Y.Babanlı öz ərizəsilə işdən ayrılıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləyiblər:
“Mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bir müddət öncə – mayın 29-dan etibarən öz ərizəsilə işdən ayrılıb. Hələlik yerinə təyinat olmayıb”.
Qeyd edək ki, Y.Babanlı bu il martın 1-də Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmrilə mətbuat katibi təyin olunmuşdu.