Çin hökuməti öz vətəndaşlarını təhsil almaq və elmi işlər üçün ABŞ-da səfər etməklə bağlı risklər barədə xəbərdar edib.
Çin Təhsil Nazirliyi ABŞ-a səfər etmək üçün viza məhdudiyyətlərini əsas götürərək, vətəndaşlarını həmin riskləri qiymətləndirməyə və müvafiq hazırlıq görməyə çağırıb.
Qeyd edək ki, iki ölkə arasında davam edən ticarət mübahisələri, qarşılıqlı olaraq idxal rüsumlarının çoxaldılması, Çinin “Huawei” şirkətinin məhsullarına Birləşmiş Ştatlarda tətbiq olunan məhdudiyyətlər, habelə Cənubi Çin dənizindəki vəziyyət, ABŞ-ın Tayvan adası ilə əlaqələri Çin-ABŞ münasibətlərində gərginliyin yaranmasına səbəb olub(azərtac).