“İranda rejimi dəyişməyə cəhd etmirik, biz onların nüvə silahına malik olmamalarına çalışırıq”.
Bunu ABŞ Prezidenti Donald Tramp mayın 27-də Tokioda Yaponiyanın Baş naziri Sinzo Abeilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib.
Bir müddət əvvəl ABŞ prezident bildirmişdi ki, İran ABŞ-la danışıqlar aparmaq niyyətində olsa, Vaşinqton bu təklifi müsbət qarşılayacaq.
İranın Xarici İşlər naziri Cavad Zərif isə qeyd edib ki, Tehran müharibə istəmir və ABŞ-la silahlı münaqişədən yayınmaq olar/Report.