“Yazılarıma görə ermənilərdən təhdid mesajları alıram…” – “Erməni zindanında 8 gün”

0
5

Səkkiz gün qardaşıyla birlikdə erməni əsriliyində işgəncələrə məruz qalan Xocalı sakini Dürdanə Ağayeva erməni vəhşilikləriylə bağlı artıq xarici mediada da çıxış edir. D.Ağayevanın Amerikada çıxan “Jewish Journal” nəşrində silsilə məqlələri çap olunur.

Moderator.az-a açıqlamasında Dürdanə Ağayeva özü məlumat verib:
“Bir il yarımdır ki, “Jewish Journal” nəşrində silsilə məqalələrim çap olunur. Yazılarımda Xocalıda ermənilər tərəfindən işgəncələrə məruz qaldığımı da qeyd edirəm. Ümumiyyətlə, yazılarımda ancaq Qarabağ və Xocalıdan bəhs olunur. Hər ay bir məqaləm jurnalda çap olunur. Sözsüz ki, yazılarımı Amerikada yaşayan ermənilər oxuyur. Çünki yazılarıma görə sosial şəbəkədə ermənilər tərəfindən mənə təhdid mesajları gəlir”.
Qeyd edək ki, Dürdanə Ağayevanın əsirlik həyatıdan bəhs edən “Erməni zindanında səkkiz gün” adlı kitabı türk və rus dillərində çap olunub.