“Report” xəbər verir ki, bu fikirləri UNİSEF-də Uşaq müdafiəsi, Avropa və Mərkəzi Asiya üzrə baş regional məsləhətçi Aaron Qrinberq V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması” mövzusunda keçirilən beynəlxalq təşkilatların yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu sərmayələr uzun müddətli nəticələr əldə etmək üçün qoyulur: “Bir çox dövlətin apardığı tədqiqatlarda çox sayda uşaqların zorakılığa məruz qaldıqları görünür. Dünyada uşaqların 50-70%-i psixoloji, seksual və fiziki zorakılığın qurbanı olur. Erkən uşaqlıq təməl xidmətlərin təmin olunması olduqca vacibdir. Cəmiyyətə izah edilməlidir ki, uşaqlara qarşı bütün zorakılıq növləri aşağı salınmalıdır”.