67 min il əvvəl yaşamış insan növü tapıldı – MARAQLI

Filippinin ən böyük adası Luzonda nəsli kəsilmiş yeni insan növü tapılıb. “Homo sapiens” ilə eyni dövrdə yaşadığı düşünülən bu yeni növə “Homo luzonensis” adı verilib.
Moderator.az xəbər verir ki, adadakı bir mağarada tapılan 13 skelet sümük və diş qalığı  “Homo luzonensis” adı verilən yeni növün ilk insanlarla, daha yaxın dövrdə yaşamış insanlarınkinə bənzər fiziki xüsusiyyətlərə sahib olduğuna işarə edir.
Tapıntılara görə, “Callao” mağarasında tapılan skelet parçaları və dişlər 50 min ilə 67 min il əvvəl bir dövrdə yaşamış üç yetkin və bir uşağa aiddir.
Tədqiqatçılara görə, dişlər və skelet parçaları bölgədəki təkamül prosesinin güman ediləndən daha çox mürəkkəb olduğunu göstərir.
Elm adamlarına görə, bu kəşf ilk insanların Afrikadan Cənubi Şərqi Asiyaya uzanan bir səfərə çıxdığının da göstəricisidir.