Yəhudilərin varlanmaqla bağlı MÖHTƏŞƏM ÜSULLARI: əgər kasıbsınızsa…

0
11

Hamımızın içində varlanmaq hərisi yatır, hər kəs maddi mənafe uğrunda kölə olur. Bəzilərində alınır, digərləri isə elə səfillik içində ömrünü başa vurur.

Odur ki, Milli.Az yəhudilərin varlanmaq üsullarını təqdim edir:

Heç vaxt cibinizdə çoxlu pul saxlamayın. Bu, sizi daha çox pul xərcləməyə təhrik edəcək. Pulu dəyərsiz kağız kimi sağa-sola xərcləsəniz, özü küsüb sizdən uzaqlaşacaq.

“Başqalarından pis olmayım” devizi ilə yaşamayın. Çünki başqalarına bənzəmək insanı yanlış addımlar atmağa təhrik edir. Qonşum bahalı avtomobil alıb, mənim ondan nəyim əskikdir? Rəfiqəmin yeni brilyant üzüyündən mən də istəyirəm deyib bankdan kredit götürməyin. Yoxsa ömrünüz kredit ödəməklə keçəcək. Onun əvəzinə maddi durumunuzu doğru dəyərləndirməyə çalışın.

Bahalı brendlərə pərəstiş etməyin. Bəli, geniş reklam edilən məhsulların köləsinə çevrilən insanlarla bir dünyanı bölüşürük. Kütlədən seçilmək istəyən insanlar qalaq-qalaq pul xərcləyib bir neçə ay sonra dəbdən düşəcək əşyalar alırlar. Bunun əvəzində zövqünüzü doğru formalaşdırın. Keyfiyyətli, zövqlü və çox da baha olmayan əşyalar alın.

Kasıblara qarşı qəddar olmayın. Çirkabdan çıxıb milyonçu olanar, adətən kasıbları sevmir, hər fürsətdə alçaltmağa çalışırlar. Bu insanlar ünsiyyət kasadlığından əziyyət çəkir, pulları artdıqca vicdanları azalır. Zaman keçdikcə kin və saxta qürurları pullarını da xəzan kimi əllərindən alıb aparır.

Kasıblıqdan qorunmaq üçün bəzi psixoloji və mistik faktorlar da var.

Məsələn, gün çıxanadək zibil atmaq olmaz. Yoxsa maddi təminatınız da zibillə birgə evinizi tərk edər. Həmçinin axşam vaxtı ev yığışdırmaq da pullarınızı azalda bilər.

Qonaqların gedişindən sonra ev yığışdırsanız, maddi rifahınız da onların ocağına gedəcək. Evinizi köhnə əşyaların məskəninə, yaxud muzeyə çevirməyin. Sevib, qəbul etmədiyiniz, yaxud yad adamlardan hədiyyə almayın. Pula ehtiyac duyan insanların, dilənçilərin önündən etinasızca keçməyin. Yadda saxlayın ki, etdiyiniz hər şey özünüzə geri dönəcək.