Bayram yarmarkasında QİYMƏTLƏR

0
7

Nizami rayonu ərəzisində təşkil olunan bayram yarmarkasında kənd təsərrüfatı məhsullarının ucuz qiymətə satışı davam edir.

ONA xəbər verir ki, ölkənin bütün şəhər və rayonlarında mart ayının 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, mart ayının 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları keçirilir.

Nizami rayon ərazisində təşkil olunan yarmarkada Sabirabad, Hacıqabul, Ağsu, Oğuz, Göyçay və Astara rayonlarından olan fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını, bazarlardan fərqli olaraq, ucuz qiymətə təklif edirlər.

Qiymətlər isə aşağıdakı kimidir:

Soğan – 75 qəpik,

limon – 20 qəpik,

kələm – 65 qəpik,

kök 65 – qəpik,

çuğundur – 35 qəpik,

pomidor – 2 manat,

xiyar – 2 manat 50 qəpik,

alma – 40-50 qəpik,

armud – 1 manat 30 qəpik,

mandarin – 1 manat 80 qəpik,

portağal – 1 manat 50 qəpik,

göyərti – 13 qəpik,

kahı – 30 qəpik,

boranı – 1 manat 30 qəpik,

gül kələm – 50 qəpik,

kartof – 60 qəpik,

kənd yumurtası – 20 qəpik,

yumurta – 12 qəpik,

heyva – 1 manat 30-40 qəpik,

bibər – 4 manat,

fındıq (ləpə) – 11 manat 50 qəpik-12 manat 50 qəpik,

qoz – 5 manat,

badımcan – 1 manat-1 manat 20 qəpik,

şabalıd – 5-6 manat,

qoz ləpəsi – 11-13 manat,

badam – 19-20 manat,

ərik qurusu – 6-7 manat,

kişmiş – 6 manat,

innab – 1 manat 60 qəp-3 manat,

fındıq (qabıqlı) – 5-6 manat,

gavalı qurusu – 4 manat 50 qəpik.

Qeyd edək ki, Prezident Administrasiyasının təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əhalinin tələbatı nəzərə alınaraq, kənd təsərrüfatı məhsullarının satış yarmakası rayon ərazisində Qara Qarayev prospekti-36 ünvanında təşkil olunub.

Yarmarkada məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunur.