Azərbaycanda 17 nəfərdə A tipli qrip aşkar edilib.
Azinforum.az xəbər verir ki, bu barədə Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancı bildirib.
“Qış mövsümü hələ davam etdiyi üçün qripə yoluxmaların olması gözləniləndir. Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da qrip virusu ilə bağlı vəziyyət yaxından izlənilir. Simptomları olan insanların bir qismindən alınan qan nümunələrində qrip virusunun olub-olmamasına baxılır və bu barədə hər həftə “Flunet”ə (qriplə bağlı vəziyyəti müşahidə edən qlobal sistem) məlumat ötürülür. Bu məlumatlar www.who.int/flunet ünvanından əldə edilə bilər. Azərbaycanda bu ilin 4 və 5-ci həftələrində 17 nəfərdə A tipli qrip xəstəliyi aşkar edilib. Bu, gözləniləndən artıq deyil”,- Hande Harmancı qeyd edib.