Feysbuk şirkəti məxfilik prinsipini pozduğuna görə bir neçə milyard dollar həcmində cərimə oluna bilər.
Hazırda bu barədə Feysbukla Federal Ticarət Komissiyası arasında müzakirələr aparılır.
Məlumata görə, sözügedən cərimə kompaniyanın tarixindəki ən böyük cərimə olacaq.
Qeyd edək ki, son illərdə Feysbuk bir neçə dəfə istifadəçilərə aid şəxsi məlumatların sızdırılması barədə qalmaqalların mərkəzində yer alıb. (Axar.az)