Novator.az bildirir ki, minimum əməkhaqqı 2007-ci il fevralın 1-dən 50 manat; 2008-ci il yanvarın 1-dən 60 manat, sentyabrın 1-dən 75 manat; 2010-cu il sentyabrın 1-dən 85 manat; 2011-ci il dekabrın 1-dən 93,5 manat; 2013-cü il sentyabrın 1-dən 105 manat; 2017-ci il yanvarın 1-dən 116 manat olub.
2018-ci il yanvarın 1-dən minimum əməkhaqqı 130 manatdır.
Türkiyədə minimum maaş hazırda 2020 lirə (652 manat), Rusiyada 11 min 280 rubl (293 manat), Ermənistanda 55 min dramdır (190 manat).
2019-cu il yanvarın 1-dən Belarusda minimum əməkhaqqı 330 Belarus rublu (259 manat), Ukraynada 4173 qrivna (261 manat), Qazaxıstanda 42 min 500 təngə (191 manat) müəyyən olunub.
Gürcüstanda minimum əməkhaqqı anlayışı tətbiq edilmir. 2019-cu ildən ölkədə yaşayış minimumu 175 lari (112 manat) götürülüb.
Azərbaycanda 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.