Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni qaydalara görə əvəzi ödənilməklə yerinə yetirilən hərbi xidmət müddəti davamlı olacaq. Belə ki, hərbi xidməti tam şəkildə yerinə yetirmək istəməyənlər qanunla nəzərdə tutulmuş ödənişi edərək, bundan yararlana biləcəklər. Lakin həmin şəxslər icbari olaraq 1 ay hərbi xidmət çəkməlidirlər.
Qeyd edək ki, əvvəlki sistemdə bu müddət 3 ay idi və əvəzi ödənilməklə yerinə yetirilən hərbi xidmətdən müəyyən yaş qruplarında olan şəxslər istifadə edə bilirdi. Artıq hərbi xidmətə getmə yaşına, yəni 20 yaşına çatan hər kəs bu xidmətdən yararlana biləcək.
Həmçinin qanunda universitet məzunlarının kurs keçərək zabit kimi xidmət etmələri də nəzərdə tutulur.
Türkiyədə həqiqi hərbi xidmət qaydalarına dəyişiklik edilib.