Dil öyrənmək istəyənlər üçün çətin seçim –Beynəlxalq dərəcəli mütəxəssis öyrəncilərə məsləhətlər verir

0
6
Bakıda xarici dil kurslarının sayı gündən-günə artır. Şübhəsiz ki, bu biznesin çiçəklənməsi təlabatla bağlıdır. Əvvəl daha çox ingilis dili üzrə ixtisaslaşan kurslar, indi daha geniş profilli xidmətlər təklif edirlər.

İngilis dili üzrə beynəlxalq dərəcəli mütəxəssis Ellada Əliyeva Strateq.az şərhində xarici dillərə artan təlabatın səbəbini izah edib.

Mütəxəssis təsdiq edir ki, Azərbaycanda xarici dil kursları olduqca çoxalıb, eyni zamanda onlara müraciət edənlərin sayı da kəskin artıb: “Çünki getdikcə xarici vətəndaşlarla əlaqəli görülən işlərin, xidmətlərin həcmi artır. Bildiyiniz kimi şəhərdə turistlərin sayı çoxalıb, bu da bizi məcbur edir ki, xarici dil öyrənək.Vacib olan ingilis dilinə tələbat xüsusilə çoxdur.

Qiymətlərə gəkdikdə, E.Əliyeva bildirdi ki, rəqabət çox olduğu zaman qiymətlər istər – istəməz aşağı düşür:

“Amma bununla belə, keyfiyyəti yüksək olan mərkəzlər və ya müəllimlərin dərs saatlarının qiyməti yenə də digərlərinə nisbətən baha olur.  Bu da onların təqdim etdiyi fərqliliyə,profesionallığa görədir”.

Mütəxəssis qeyd edir ki, bəzən, əksinə də olur: “Məsələn, kurslar var ki, köhnə metodlaheç bir yeniliyi olmadan, yaxud az təcrübəli müəllimlərlə çalışır və onların qiyməti çox baha olur. Məsləhət görərdim ki, öyrəncilər hərhansı dil mərkəzinə getdikləri zaman dərs materiallarının yeni olmasına fikir versinlər, sınaq dərsdə oturub müəllimin tələbə ilə davranışını, tədrsin keyfiyyətini müşahidə etsinlər.

Ellada Əliyeva vurğulayır ki, xarici dili öyrənmək ilk növbədə kreativliyin göstəricisidir:

“Xarici dil öyrənməklə biz yalnız dil bilgi bazamızı artırmırıq, eyni zamanda yaradıcı olub yeni işlər görürük, yeni kəşflər edirik və özümüzü daha çox tamamlamağa çalışırıq. Bundan başqa xarici dili öyrənməyin bizim cəmiyyət üçün pozitiv təsirləri olduqca çoxdur. Məsələn, günümüzdə xarici şirkətlərlə əməkdaşlıq, tərəfdaşlığın sayı getdikcə artmaqdadır. İş adamlarının biznes sahəsində daha uğurlu addımlar atmaları üçün dil öyrənməsi artıq zərurətəçevrilib. Düzdür, bəzi iş adamları tərcüməçi xidmətindən istifadə edirlər. Ancaq psixoloji aspektden yanaşsaq,insanlar hər zaman şüuraltı olaraq bir – birilərində ortaq maraqlar, ortaq cəhətlər axtarırlar. Xarici vətəndaşlar bizim onlarla səmimi şəkildə, onların dilində danışdığımızı görərkən, o zaman işlərimizi daha da uğurlu edə bilərik”.