Bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan “168 Jam” qəzetinə açıqlamasında deyib.
“Əgər hər şey bu cür getsə, Nikol Paşinyan hətta Serj Sərkisyanın imtina etdiyi variantı da əldə edə bilməyəcək. Aparılan danışıqlar, əslində, sülh haqqında razılaşma deyil, sadəcə, dəfələrlə bəhs edilən qətnamədir. Yəni ərazi qarşılığında status yox, təhlükəsizlikdən bəhs edilir. Təhlükəsizliyin necə olmasından asılı olmayaraq, bu, hər bir halda status deyil. Bir sözlə, bu, problemin siyasi həlli deyil. Onlar indi, ən azından, həmsədrlər ciddi şəkildə razılaşmanın mətni üzərində çalışır.
1997-ci ildəki mərhələli həll yekun həll variantı deyil, amma bu variantın fəlsəfəsi, onun bir sıra elementləri dəyişdirilə bilər. Fəlsəfə status-kvonun dəyişdirilməsidir. Hansısa rayonlar Azərbaycana status əsasında yox, yalnız təhlükəsizlik qarşılığında veriləcək”, – deyə o bildirib/Axar.az.