Bu qidadan istifadə etmək beyin qanamasına yol açır – Bazarlarda diqqətli olun

0
8

Qış aylarında rasionumuzdan əksik olmayan darçın həddən artıq artıq istifadə olunduğu halda ölümcül təhlükələr yarada bilər.

Moderator.az xəbər verir ki, darçının tərkibində olan “qumarin” adlı maddə qanı duruldur və beyin qanamasına səbəb ola bilir.
Mütəxəssislər bildirir ki, son zamanlarda darçına olan tələbatın artması bazarlarda saxta darçınların peydə olmasına yol açıb. Darçın bitkisinin faydalı yeri əldə edilərkən onun qabıqları çıxarılır və bir müddət qurumağa qoyulur. Quruduqdan sonra içindəki incə qismi çıxarılır. Məhz bu qisimdə qumarinin miqdarı olduqca azdır. Ancaq hazırda piştaxtalardakı darçınlar İndoneziya və Vyetnamdan gətirilir. Lakin bu darçınların faydası əsl darçınlardan çox azdır. Bununla yanaşı, qıvrılan darçınlarda qumarinin miqdarı 1 qramda 6,8 milliqram səviyyəsindədir. Orijinal darçının əslində qiyməti buna görə çox bahadır.
Dünya Səhiyyə Təşkilatının hesabatına görə, 70 kq çəkisi olan bir insanın qəbul edəcəyi qumarin maddəsinin miqdarı 7 milliqramdır.
Bəzi insanlar darçının qandakı şəkər miqdarını balansda saxladığını iddia edir. Buna görə də müxtəlif şirniyyatların üzərinə səpilib yeyilməsini xeyirli hesab edirlər. Lakin insanlar bu zaman böyük risk altına girir. Xüsusilə, qanı duruldan qidalarla birlikdə qəbul edirlərsə, insan başını xəfif bir şəkildə bərk yerə vursa belə, beyin qanaması keçirə bilər.
Mütəxəssislər saxta darçından uzaq durmaq üçün bu ədviyyatın toz şəklində alınmasını məsləhət görmür. Çünki bütün ədviyyatlarda olduğu kimi, darçına da miqdarını çoxaldacaq şəkildə başqa maddələr qatılır.