“Dənizdə dalğanın hündürlüyü 5.3 metrə çatıb” –Qərargah hava ilə bağlı son məlumatı yaydı

0
6
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın hava ilə bağlı operativ məlumatı yayıb.

Milletim.info ETSN-ə istinadən xəbər verir ki, bu gün saat 12:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir: “Dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır”.