Pensiyaların artım ilə veriləcəyi vaxt açıqlanıb.
“Report”un xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib ki, pensiyaçılar artımları gələn aydan etibarən ala biləcəklər. Onun sözlərinə görə, müvafiq rəqəmlər Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmalıdır: “Onun əsasında müvafiq qərar olacaq. O qərardan sonra pensiyaçılar uyğun ödənişləri alacaqlar”.