Tərtərdə yanacaqdoldurma məntəqəsində partlayış olub- İki nəfər ağır yaralanıb

0
5
Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə zamanı iki nəfər – 1966-cı il təvəllüdlü Seymur Rzayev və 1995-ci il təvəllüdlü Əsgər Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Yaralıların vəziyyəti ağır olduğundan müayinə və müalicələrinin davam etdirilməsi üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.