Vəhşi qəbilənin əlinə keçən gənc turist işgəncə ilə öldürülüb – FOTOLAR

0
19

Qadağan olunmuş Sentinel adasına gedən ABŞ-lı turist vəhşi qəbilə tərəfindən öldürülüb.

27 yaşlı gənc vəhşi qəbilənin məskunlaşdığı adaya öz xahişi ilə balıqçılar tərəfindən aparılıb. Orada yaşayan qəbilə ilə maraqlanan gənc turist işgəncələr ilə öldürülüb.

Qeyd edək ki, sözügedən bu qəbilə dünyadakı ən təhlükəli qəbilələr siyahısında liderlik edir. Onlar Şimali Sentinel adasında yaşayırlar. Hindistan hökuməti bu əraziyə yaxınlaşmağı qadağan edib.

2004-cü ildə Hindistan hökumətinə məxsus helikopter havadan bu qəbilə üçün bir qədər ərzaq atmaq istəmişdi. Lakin pilot bu qəbilənin hücumuna məruz qalmışdı.

Kimsenin Yanına Yaklaşamadığı Kabile, ABD'li Turisti İşkenceyle Öldürdü

Bu qəbilənin 60 min il əvvəl burada məskən saldığı iddia edilir. Saylarının isə hazırda 250-500 nəfər arası olduğu bildirilir.

Balıqçılar ilə adaya yaxınlaşan gənc turist gəmidən balaca bir qayığa keçid edərək sahilə kimi gedib. Balıqçılar vəhşi qəbilədən qorxduqları üçün sahilə yaxınlaşmayıblar.

Kimsenin Yanına Yaklaşamadığı Kabile, ABD'li Turisti İşkenceyle Öldürdü

Gənc turisti orada buraxıb gedən balıqçılar 1 gün sonra onun arxasınca gəldiklərində sahildə onun cəsədini tapıblar. 27 yaşlı gənc oğlan vəhşi qəbilə tərəfindən oxlarla vurulub.

Daha sonra gənc oğlanın boynuna ip bağlayaraq, onu saatlarla adanın sahillərində sürüyüblər. Ardından onu yaralı vəziyyətdə yarıya kimi quma basdıraraq, ölənə kimi onunla əyləniblər.

Məsələ ilə bağlı ABŞ-ın Hindistandakı səfirliyi hərəkətə keçib. Gənc oğlanı oraya aparan balıqçılar həbs edilib.