Yosunlardan bioyanacaq istehsal ediləcək- Yaponiyada

0
5
Yaponiyanın “Euglena” startap şirkəti dəniz yosunlarından təyyarələr və avtobuslar üçün yanacaq hazırlamaq məqsədilə bioyanacaq istehsal edən təmizləyici zavod inşa edib.

AZƏRTAC xəbər verir ki, bu, Yaponiyada ilk belə zavoddur. Noyabrın 2-də şirkət Tokio yaxınlığındakı Yokohama şəhərində yerləşən həmin zavodun təntənəli açılış mərasimini təşkil edib.

Həmin zavodda dəniz yosunu evqlenadan alınan bitki yağı ictimai iaşədə istifadə edilmiş bitki yağları ilə qarışdırılaraq, təyyarələr üçün yanacaq istehsal ediləcək.

Bununla yanaşı, evqlenadan avtobuslar və digər nəqliyyat vasitələri üçün biodizel yanacağının istehsal edilməsi də planlaşdırılır.