Türkiyə 4 ölkə ilə ticarətdə milli valyutadan istifadə edəcək- Nazirdən açıqlama

0
5
Türkiyə 4 ölkə – Rusiya, İran, Çin və Ukrayna ilə ticarətdə milli valyutadan istifadə etməyə hazırlaşır.

“Report” türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Hazırda valyuta məzənnələrindən siyasi təqyiq vasitəsi kimi istifadə edildiyi dövrdə yaşayırıq. Buna ən yaxşı cavab xarici ticarətdə milli valyutaya keçməkdir. Adını çəkdiyim 4 ölkədən başqa digər ölkələrlə də eyni üsulun tətbiqinə dair danışıqlar aparırıq”, – deyə nazir qeyd edib.