2019-cu ildə Azərbaycanın dövlət büdcəsində siyasi partiyalara ayrılacaq vəsaitin həcmi açıqlanıb.
Milletim.info “Report”a istinadən xəbər verir ki, gələn ilin dövlət büdcəsində siyasi partiyalar üçün 3 milyon manat maliyyə yardımı nəzərdə tutulub.
Bu, 2018-ci ilin gözlənilən icrası ilə müqayisədə 2% çoxdur. Belə ki, bu il ayrılan 3 milyon manatın 2 milyon 940 mini istifadə edilib.
Qeyd edək ki, büdcə zərfi noyabrın 5-dən etibarən Milli Məclisin komitələrinin birgə iclaslarında müzakirəyə çıxarılacaq.