Tramp qərar verdi:”Sərhədə hərbçiləri göndərəcəyəm”

0
4
ABŞ Prezidenti Donald Tramp ölkəyə doğru hərəkət edən qaçqın karvanı ilə bağlı yaranmış fövqəladə vəziyyəti dayandırmaq üçün Birləşmiş Ştatların cənub sərhədinə hərbçilər göndərmək niyyətindədir.

Bu barədə D.Tramp “Twitter”də yazıb.

“Milli Sərhəd Patrul Şurasının rəhbəri Brendon Cadd demokratların təşəbbüsü ilə qəbul olunan qanunların sərhəddə insanların qarşısını almaq cəhdlərimizi çətinləşdirdiyini söyləyərkən haqlı idi. Bu, dəyişməlidir. Fövqəladə vəziyyətin dayandırılması üçün hərbçiləri göndərəcəyəm. Onlar dayandırılacaqlar”, – D.Tramp yazıb.

Qeyd edək ki, daha əvvəl ABŞ dövlət katibi Mayk Pompeo Meksika ərazisi ilə irəliləyərək gələn Hondurasdan olan qanunsuz immiqrantlar karvanının heç bir halda ABŞ sərhədini keçməyəcəyini bəyan edib.

Report