Rusiya XİN-dən Qarabağla bağlı bəyanat:”Sülh yolu bütün tərəflərin maraqlarına cavab verir”

0
4
“Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli münaqişə tərəflərinin maraqlarına cavab verir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirilən mətbuat konfransında deyib.

XİN rəsmisi qeyd edib: “Münaqişənin sülh yolu ilə həlli bütün iştirakçıların – həm ATƏT-in Minsk qrupunun, həm münaqişə tərəflərinin maraqlarına cavab verir. Biz həmişə bunu dəstəkləmişik və bu, əsas məqsədimiz olub”.

Trend