Həkimi Fazil Məmmədovun son durumundan danışdı:“Pankreatitdən əziyyət çəkir”

0
4
Xəbər verildiyi kimi, bu gün sabiq vergilər naziri Fazil Məmmədovun səhhətində yenidən ciddi problemlərin yarandığı və onun Türkiyədəki “Amerikan Hastanesi”nə yerləşdirildiyi haqda məlumat yayılıb.

Strateq.az bildirir ki, Fazil Məmmədovun səhhətindəki son durumla bağlı türkiyəli həkimi Orxan Bilgə Unikal.org-a açıqlama verib:

“Hazırda Fazil Məmmədov xəstəxanadadır. Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşməyə başlayıb. O, pankreatit xəstəliyinin ağır formasından əziyyət çəkdiyi üçün davamlı müalicə alması zəruridir. Fazil bəyi lazımi səviyyədə müalicə edirik. Hazırda səhhəti normallaşıb və narahatlığa ehtiyac yoxdur”.

Xatırladaq ki, pankreatit – mədəaltı vəzin iltihabi xəstəliyidir, kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu, adətən, tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur. Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-də bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.